Nqolo Kantenin ardından Pol Poqba da DÇ-2022-də olmayacaq
Son Dünya çempionu Fransa millisi mundial öncəsi daha bir itki ilə üzləşib.
mediasport.az xəbər verir ki, "Çelsi"li yarımmüdafiəçi Nqolo kantenin ardından uzun müddətdir zədədən əziyyət çəkən Pol Poqbanın da bu ay Qətərdə start götürəcək Dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Yayda ABŞ-dakı təlim-məşq toplanışında zədələnən "Yuventus"un futbolçusu dizindən əməliyyat olunsa da, bərpası xeyli zaman aldı. Həkimlərin yekun rəyinə görə, onun DÇ-yə hazır vəziyyətdə yollanması mümkün deyil.
"Xoruzlar" dördilliyin möhtəşəm yarışında Avstraliya, Danimarka və Tunis yığmaları ilə eyni qrupda yer alıblar.