Nani yenidən Türkiyədə - RƏSMİ

Nani yenidən Türkiyədə - RƏSMİ

2015/2016-cı illərdə Türkiyə Superliqasında çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçus Luis Nani karyerasını yenidən bu ölkədə davam etdirəcək.

MediaSport.az xəbər verir ki, Avstraliyanın "Melburn Viktori" klubundan ayrılan 36 yaşlı vinger "Adana Dəmirspor"a transfer olunub.

Təcrübəli portuqaliyalı ilə 1+1 illik müqavilə imzalanıb.

Nani Türkiyədə 1 mövsüm "Fənərbağça"da oynayıb, 28 oyuna 8 qol vurub.