Lunyovdan gələcək karyerası ilə bağlı KRİTİK AÇIQLAMA

Lunyovdan gələcək karyerası ilə bağlı KRİTİK AÇIQLAMA

"Həyat yoldaşımla təhlil edib, müsbət və mənfi məqamlara baxacağıq. Bizim üçün müəyyən kriteriyalar var".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

32 yaşlı qolkiper Rusiya mətbuatına açıqlamasında gələcək karyerası ilə bağlı sualı cavablandırıb.

Təcrübəli əlcək sahibi ailəsi ilə birlikdə qərar verəcəyini vurğulayıb:

"Bir çox məqamı götür-qoy edəcəyik. Uşaqlarımız böyüyür, onların məktəbi, gələcəyimiz və.s.var. Ona görə harada olacağımıza hələ qərar verməmişik. Təklif ediləcək müqavilənin müddətinə baxmalıyıq. İndiki vəziyyətdə bir neçə il sabit oynaya bilərəm".

Uzun fasilədən sonra yenidən Rusiya milli komandasına çağırılan Lunyov Ağdam klubuna ötən yay "Bayer"dən (Almaniya) keçib.