Anxel Di Mariya, Mauro İkardi, Loftus-Çik və...Abdullah Zubir

Anxel Di Mariya, Mauro İkardi, Loftus-Çik və...Abdullah Zubir

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Mediasport.az xəbər verir ki, 4 namizəddən biri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

Ağdam klubunun legioneri Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın "Milan" komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi "Qalatasaray"dan Mauro İkardi və Portuqaliyanın "Benfika" kollektivindən Anxel Di Mariyadır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.