"Araz Naxçıvan"da bolqar məşqçi!

"Araz Naxçıvan"da bolqar məşqçi!

Gələn mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Araz Naxçıvan" yeni məşqçi gətirir.

mediasport.az "prosport.az"a istinadən xəbər verir ki, I Divizionun qalibi Naxçıvan təmsilçisi ilə daha 2 illik müqaviləsi olan baş məşqçi Azər Bağırovu postunda saxlayacaq.

Sözügedən mütəxəssis fiziki hazırlıq üzrə məşqçidir. Bolqarıstandan dəvət olunan İliyan Mitrev keçmiş müdafiəçidir. Futbolçu karyerasını erkən başa vurmuş 27 yaşlı bolqar son olaraq vaxtilə şərəfini qoruduğu Sofiya ÇSKA-sında çalışıb.