Sabah Azərbaycan derbisini "Neftçi"nin 3 futbolçusu buraxacaq

Sabah Azərbaycan derbisini "Neftçi"nin 3 futbolçusu buraxacaq

“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyunu buraxacaq.

Mediasport.az xəbər verir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.

Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.

“Neftçi Arena”da baş tutacaq matç saat 19:00-da başlanacaq.