Arazdan uğurlu debüt

Arazdan uğurlu debüt

Kosovo çempionatının 3-cü turunun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, milli komandamızın sabiq futbolçusu Araz Abdullayevin formasını geyindiyi “Lapi” səfərdə “Fuşe Kosova” ilə qarşılaşıb.

Görüş yarımmüdafiəçinin komandasının qələbəsilə yekunlaşıb - 2:1. Araz meydana fasilədən sonra daxil olub.

“Lapi” 3 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb.