"Sabah" almaniyalı futbolçu ilə yeni müqavilə bağladı: "1+1" illik

"Sabah" almaniyalı futbolçu ilə yeni müqavilə bağladı: "1+1" illik

“Sabah” almaniyalı legioneri Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

mediasport.az xəbər verir ki, klub 28 yaşlı vingerlə mövsümün sonunda başa çatacaq anlaşmanı "1+1" şərti ilə yeniləyib.

Masazır klubunda 2021-ci ilin iyul ayından çıxış edən Mikels 41 oyuna 21 qol vurmaqla, “Sabah” tarixinin ən çox qol vurmuş futbolçusudur.