Ardıcıl 10-cu, ümumilikdə 17-ci dəfə ölkə çempionu adını qazandılar

Ardıcıl 10-cu, ümumilikdə 17-ci dəfə ölkə çempionu adını qazandılar

Futbol üzrə Avstriya Bundesliqasında 2022-2023-cü illər mövsümünün qalibi məlum olub.

mediasport.az xəbər verir ki, qızıl medalları ümumilikdə 17-ci, ardıcıl isə 10-cu dəfə “Zalsburq” qazanıb.

30-cu turda "Şturm Qraz"ı 2:1 hesabı ilə məğlub edən Avstriya nəhəngi xallarının sayını 45-ə çatdırmaqla sona iki tur qalmış əsas rəqibi “Şturm Qraz” üçün (39 xal) əlçatmaz olub.