"Qarabağ" "Bayer"ə son dəqiqə qolu ilə məğlub olub - Avropa Liqası

"Qarabağ" "Bayer"ə son dəqiqə qolu ilə məğlub olub - Avropa Liqası

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycanın yarışda yeganə təmsilçisi "Qarabağ" Bakıda qrup lideri "Bayer"i qəbul edib.

Qrupda 3 turdan sonra 9 xalı olan Leverkuzen təmsilçisini Bakıdan da maksimum nəticə ilə ayrılıb.

Qrupun digər görüşü İsveçdə xalı olmayan "Hekken"lə 3 xala malik Norveçin "Molde" klubu arasında olacaq.


UEFA Avropa Liqası. Qrup mərhələsi. 4-cü tur


21:45: “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) 0:1

Qol: Viktor Bonifeys, 90+3 (pen.)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Baş hakimin köməkçiləri: Simon Bennett, Lee Betts (İngiltərə)

Dördüncü hakim: Con Bruks (İngiltərə)

VAR: Jarred Gillett (Avstriya)

AVAR: Maykl Salisböri (İngiltərə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

"Bayer": 17. Matey Kovarj, 3. Pyero İnkapye, 4. Conatan Tah (k), 2. Yosip Stanişiç, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix, 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase.

Baş məçqçi: Şabi Alonso.