Yassin Benzia Afrikaya yollanır

Yassin Benzia Afrikaya yollanır

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia növbəti dəfə Əlcəzair milli komandasına dəvət alıb.

Mediasport.az xəbər verir ki, o, baş məşqçi Vladimir Petkoviçin 26 futbolçudan ibarət siyahısına daxil edilib.

Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində oktyabrın 10 və 14-də Toqo ilə qarşılaşacaq.

Qeyd edək ki, Benzianın komandası 2 turdan sonra 6 xalla qrupa başçılıq edir.