Bu gün finalçıların hər ikisi müəyyənləşəcək - Avropa çempionatı

Bu gün finalçıların hər ikisi müəyyənləşəcək - Avropa çempionatı

Bu gün Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatında finalçıların adlarına aydınlıq gətiriləcək.

MediaSport.az xəbər verir ki, yarımfinalın İsrail - İngiltərə qarşılaşması Batumidə keçiriləcək.

İspaniya - Ukrayna matçı isə Buxarest şəhərində oynanılacaq.

Qitə birinciliyinin final görüşü iyulun 8-də Batumidəki "Acarabet Arena"da baş tutacaq.


U-21 Avropa çempionatı. 1/2 final


20:00 İsrail - İngiltərə

Baş hakim: Morten Kroq (Danimarka)

Gürcüstan, Batumi şəhəri. "Acarabet Arena" stadionu.


23:00 İspaniya - Ukrayna

Baş hakim: Erik Lambrexts (Belçika)

Rumıniya, Buxarest şəhəri. "Styaua" stadionu.


Ayxan