"Sumqayıt"ın Konfrans Liqası oyununa nə qədər bilet satılıb?

"Sumqayıt"ın Konfrans Liqası oyununa nə qədər bilet satılıb?

İyulun 25-də Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçına  bilet satışı davam edir.

Mediasport.az xəbər verir ki, təxminən 10 min nəfərə yaxın azarkeş tutumu olan arenada keçiriləcək görüş üçün bu günə 3300 bilet satılıb.

Azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər.

Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Qarşılaşma saat 20:00-da başlanacaq.

Cavab oyunu iyulun 31-də Macarıstanda olacaq.