"Qarabağ" 138-ci qələbə ilə "Neftçi"nin rekordunu təkrarlayıb
“Qarabağ” Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsini qazanaraq, “Neftçi”nin rekordunu təkrarlayıb.
Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın VIII turunda “Sumqayıt”la görüşə təsadüf edib.
Ağdam təmsilçisi rəqibini 5:0 hesabı ilə üstələyərək, 138-ci böyükhesablı qalibiyyətini əldə edib.
“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbələrini 1992-ci il mayın 6-da Kürdəmirin “Şirvan” klubu qarşılaşmada əldə ediblər – 6:0.