Asiya Kuboku: Qrup mərhələsi yekunlaşıb - 1/8 final başlanır
Asiya Kuboku turnirində qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə Cənubi Koreya - Malaziya (3:3), Səudiyyə Ərəbistanı - Tailand (0:0), Qırğızıstan - Oman (1:1) matçlarında qalib müəyyənləşməyib, Bəhreyn İordaniyanı minimal hesabla məğlub edib (1:0).
Bununla da, Bəhreyn, Cənubi Koreya, İordaniya, Səudiyyə Ərəbistanı, Tailand növbəti mərhələyə vəsiqə qazanıb, Malaziya, Oman, Qırğızıstan turnirlə vidalaşıb.
Xatırladaq ki, artıq yarışın 1/8 final mərhələsinin cütləri də məlumdur. "Neftçi"nin futbolçusu Ataa Caberin çıxış etdiyi Fələstin milli komandası pley-offda Qətərlə qarşılaşacaq.
Asiya Kuboku. 1/8 final mərhələsi
28 yanvar
Avstraliya - İndoneziya
Tacikistan - Birləşmiş Ərəb Əmirlikləri
29 yanvar
İraq - İordaniya
Qətər - Fələstin
30 yanvar
Özbəkistan - Tailand
Səudiyyə Ərəbistanı - Cənubi Koreya
31 yanvar
Bəhreyn - Yaponiya
İran - Suriya