Anqola əzmkar qələbə qazanıb, Əlcəzairlə Tunisdən heç-heçə

 Anqola əzmkar qələbə qazanıb, Əlcəzairlə Tunisdən heç-heçə

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Əlcəzair - Burkina Faso (2:2), Tunis - Mali (1:1) oyunlarında bərabərlik qeydə alınıb, Anqola Mavritaniyanı məğlub edib (3:2).

Anqola və Burkina Faso D qrupunda 4 xalla 1-2-ci pillələri bölüşdürürlər. Əlcəzair 2 xalla üçüncü, Mavritaniya 0 xalla sonuncudur. Mali isə E qrupunda 4 xalla birinci, Tunis 1 xalla üçüncüdür.

Bu gün E qrupundan 1, F qrupundan 2 qarşılaşma keçiriləcək.

Afrika Millətlər Kuboku

E qrupu

00:00 Cənubi Afrika - Namibiya

Xal durumu: Mali - 4, Namibiya - 3, Tunis - 1, Cənubi Afrika - 0

F qrupu

18:00 Mərakeş - Konqo

21:00 Zambiya - Tanzaniya

Xal durumu: Mərakeş - 3, Konqo - 1, Zambiya - 1, Tanzaniya - 0