"Mançester Yunayted"in hücum üçlüsündən uğursuz nəticə
2023/24 mövsümünün birinci yarısında İngiltərə Premyer Liqasında turnir cədvəlinin üst pilləsində qərarlaşan komandaların hücum üçlüsünün statistik göstəriciləri diqqət çəkib.
Mediasport.az xəbər verir ki, 6 klubun sıralamasında ən zəif göstərici qeyri-stabil çıxış edən "Mançester Yunayted"də qeydə alınıb.
Unay Emerinin çalışdırdığı "Aston Villa" London nəhəngi "Arsenal"ı və Erik ten Haqın baş məşqçisi olduğu "qırmızı şeytanlar"ı qabaqlayıb:
1. "Mançester Siti"
Erlinq Haland (14) + Xulian Alvares (6) + Fil Foden (5) = 25
2. "Liverpul"
Məhəmməd Salah (14) + Darvin Nunyes (5) + Dioqo Jito (5) = 24
3. "Tottenhem"
Son Hın Min (12) + Riçarlison (6) + Deyan Kuluşevski (5) = 23
4. "Aston Villa"
Ollie Uotkins (9) + Leon Beyli (6) + Musa Diabi (4) = 19
5. "Arsenal"
Bukayo Saka (6) + Qabriel Jesus (3) + Qabriel Martinelli (2) = 11
6. "Mançester Yunayted"
Markus Reşford (3) + Alexandro Qarnaço (3) + Rasmus Hoylund (1) = 7