"Krasnodar" rəhbərliyi Murad Musayevlə bağlı qərar verdi
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin "Krasnodar"dakı fəaliyyətilə bağlı gələcək taleyi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Rusiya təmsilçisi 41 yaşlı mütəxəssislə yola davam qərarı verib.
Klubu Premyer Liqada 2-ci edən Musayevlə 2 illik yeni müqavilə bağlanıb.
"Krasnodar" mövsümü çempion "Zenit"in 1 xal gerisində - 56 xalla başa vurub.
Xatırladaq ki, 2021-ci ilin noyabrından 2024-cü ilin fevralına qədər Masazır klubunun baş məşqçisi olmuş mütəxəssis Azərbaycanadək məhz "Krasnodar"ın aşağı yaş qruplarından ibarət kollektivləri və əsas komandasını çalışdırmışdı.