"Aston Villa" "Qarabağ"a çatdı - Klubların yeni dünya reytinqi
Avrokubokların əsas mərhələlərində ilin son tur görüşlərinin ardından klubların UEFA reytinqi yenilənib.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqası və Avropa Liqasında VI, Avropa Konfrans Liqasında isə V tur oyunlarının nəticələri sıralamada dəyişikliklərə səbəb olub.
İsveç səfərində "Elfsborq"a məğlub olan (0:1) "Qarabağ" bir pillə geriləyib. Azərbaycan çempionu 32,000 xalla 64-cü sıraya enib.
Belçikanın "Yunion Sent Jiluaz" klubu xal ehtiyatını 33,000-a çatdıraraq Qurban Qurbanovun komandasını keçib.
İngiltərənin "Aston Villa" kollektivi "köhlən atlar"a çataraq şərik olub.
Azərbaycanın digər təmsilçilərindən “Neftçi” 8,000 xalla 177-ci yerə şərikdir, "Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasında yer alıb.
Reytinqə 135,000 xalla “Mançester Siti” başçılıq edir.