Yuri Matiasın cəzası açıqlanıb

Yuri Matiasın cəzası açıqlanıb

Premyer Liqanın 11-ci turunun "Sabah"la görüşündə qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Yuri Matiasın cəzası açıqlanıb.

Mediasport.az xəbər verir ki, braziliyalı AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

28 yaşlı legioner klubunu da 500 manat ziyana salıb.

Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğu üçün “ağ-qaralar” daha 800 manat ziyana düşüblər.

Qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə olunub.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.