Azərbaycan çempionatının mükafatçıları müəyyənləşdi

 Azərbaycan çempionatının mükafatçıları müəyyənləşdi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Mediasport.az xəbər verir ki, qapalı məkanda 2 gün davam edən yarışda 130 atlet gücünü sınayıb.

Atletlər üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri üzrə mübarizə aparıblar.

Millinin lideri Nazim Babayev, gözlənildiyi kimi, uzunluğa tullanma növündə yenidən Azərbaycan çempionu olub.

Dünya Atletikasının qlobal təqvim platformasında yer alan ölkə çempionatı dünya və Avropa çempionatları daxil, bir çox nüfuzlu yarışlarda iştirak üçün reytinq xallarının qazanılması baxımından əhəmiyyət kəsb edir.


Azərbaycan çempionatı


Kişilər

Uzunluğa tullanma

1.Nazim Babayev

2.Kəsgin Abbaszadə

3.Rüstəm Məmmədov


Hündürlüyə tullanma

1.Bülbül Babayev

2.Faiq Məmmədov

3.Səid Əsgərov


200 metr məsafəyə qaçış

1.Həmid Nəbiyev

2.Elcan Cəfərov

3.Aleksey Əliəkbərov


800 metr məsafəyə qaçış

1.Bəxtiyar Əsgərli

2.Ümid İbrahimov

3.Rinad İbrahimov


3000 metr məsafəyə qaçış

1.Əmrah Nağıyev

2.Samir Hüseynov

3.Faqət Quliyev


Qadınlar

Uzunluğa tullanma

1.Mələk Hüseynova

2.Zəhra Bayramova

3.Sofiya İsrafilova


Nüvə itələmə

1.Səkinə Hacızadə

2.Nərmin İsmayılova

3.Zeynəb Əmrahova


200 metr məsafəyə qaçış

1.İlahə Quliyeva

2.Fidan Osmanova

3.Səlma Ağabəyova


800 metr məsafəyə qaçış

1.Gülçin Nağıyeva

2.Zəhra Şirəliyeva

3.Yuliya Belkova


3000 metr məsafəyə qaçış

1.Zəhra Şirəliyeva

2.Xatirə Hidayətzadə


4x200 metr qarışıq estafet

1.Novruz Əsədli, Nihat Məşədiyev, Səlma Ağabəyova, İlahə Quliyeva

2.Əmir İsmayılov, Rüfət Məmmədov, Fidan Osmanova, Gülçin Nağıyeva

3.Cavid Abdullayev, Hüseyn İsmayılzadə, Ləman İsfəndiyarova, Mədinə Hüseynzadə