"Zirə" "Qarabağ"ı qəbul edir - Premyer Liqada 21-ci tur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, mərkəzi matçda lider "Qarabağ" Zirə səfərində meydana çıxacaq.
Turun əvvəlki görüşlərində "Kəpəz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (1:0) məğlub edib.
"Turan Tovuz" - "Səbail" (1:1), "Sumqayıt" - "Araz-Naxçıvan" (0:0) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası. 21-ci tur
“Zirə” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabbarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə Olimpiya Kompleksi. Saat 19:00