UEFA-nın yenilənmiş reytinq siyahısı: "Qarabağ" 1 pillə gerilədi
UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının əsas mərhələlərində 8-ci tur görüşlərinin ardından klubların reytinqi yenilənib.
Mediasport.az xəbər verir ki, ən yaxşı göstəriciyə malik Azərbaycan təmsilçisi “Qarabağ” 1 pillə geriləyib.
Son turda Yunanıstanın "Olimpiakos" klubuna məğlub olan (0:3) Ağdam təmsilçisi hesabındakı 32.000 xalla 66-cı yerə düşüb.
UEFA sıralamasına 138.500 xalla Madrid "Real"ı başçılıq edir.