Avropa çempionatı azərbaycanlı hakimlərin idarəçiliyi ilə başlanacaq

Avropa çempionatı azərbaycanlı hakimlərin idarəçiliyi ilə başlanacaq

Bu gün Gürcüstan və Rumıniyanın ev sahibliyi ilə futbol üzrə U-21 Avropa çempionatına start veriləcək.

MediaSport.az xəbər verir ki, qitə birinciliyi iki ölkənin ümumilikdə 5 şəhərinin 8 stadionunda keçiriləcək.

Rumıniyadan Buxarest və Kluj-Napoka, Gürcüstandan isə Tbilisi, Batumi və Poti şəhərləri ev sahibliyi edəcək.

Sevindirici haldır ki, Avropa çempionatının açılış qarşılaşmasını azərbaycanlı hakimlər briqadası idarə edəcəklər.

36 yaşlı FİFA hakimimiz Əliyar Ağayev Tbilisidəki Mesxi stadionunda keçiriləcək Belçika - Niderland oyununun baş hakimi olacaq. Zeynal Zeynalovla Akif Əmirəli Ağayevə yan xətt hakimi kimi kömək edəcəklər. 4-cü hakim funksiyası sloveniyalı Rade Obrenoviçə tapşırılıb.

İyulun 8-də başa çatacaq turnir İctimai televiziya vasitəsilə canlı yayımlanacaq.


U-21 Avropa çempionatı. Final mərhələsi

20:00 Belçika - Niderland

20:00 Gürcüstan - Portuqaliya

20:00 Ukrayna - Xorvatiya

22:45 Rumıniya - İspaniya