"Turan Tovuz"un müdafiəçisi Afrikaya yollandı

"Turan Tovuz"un müdafiəçisi Afrikaya yollandı

"Turan Tovuz"un afrikalı müdafiəçisi Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb. MediaSaport.az xəbər verir ki, 31 yaşlı futbolçu yığmanın qarşıdakı 2 oyununda baş məşqçinin sərəncamında olacaq. Milli komandanın kapitanlıq sarğısını da daşıyan Xulu sentyabrın 24-də Syerra Leone, sentyabrın 27-sində isə Botsvanaya qarşı oyunlar üçün millinin düşərgəsinə yollanıb.