110 min dollarlıq turnirdə yığmamızın üzvləri də yarışacaqlar
Bu gün Qətərin paytaxtı Dohada start götürəcək beynəlxalq yarışda Azərbaycanın 5 şahmatçısı da iştirak edəcək.
Mediasport.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, "Qatar Open"də Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva mübarizə aparacaqlar.
155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. Yarış 9 turdan ibarət olacaq.
Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ), Aniş Giri (Niderland) kimi tanınmış qrossmeysterlər də turnirdə güclərini sınayacaqlar.
Yarışın mükafat fondu 110 min dollar təşkil edir.