Şahmat üzrə Avropa çempionatı: "Qızıl"ın sahibi bu qədər qazanacaq

  Şahmat üzrə Avropa çempionatı: "Qızıl"ın sahibi bu qədər qazanacaq

2025-ci ildə qadın şahmatçılar arasında keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb.

Mediasport.az xəbər verir ki, 60 min avroluq dəyəri olan yarışın qalibi 10 min avro qazanacaq.

İkinci yerin sahibi 8 min, üçüncü pillədə qərarlaşacaq şahmatçı 7 min avroya sahib çıxacaq.

12-20-ci yerləri tutan iştirakçıların hər biri 1000 avro ilə mükafatlandırılacaq.

Avropa çempionatı 30 martdan 12 aprelə qədər Rodosda (Yunanıstan) keçiriləcək.