Şirvan şahmatçıları beynəlxalq yarışda uğur qazanıblar - FOTOLAR

Şirvan şahmatçıları beynəlxalq yarışda uğur qazanıblar - FOTOLAR

Azərbaycan şahmatçıları Çexiyanın Ostrava şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Mediasport.az xəbər verir ki, "Ostrava Konik-2024" yarışında Şirvan şəhər uşaq gənclər idman-şahmat məktəbinin şahmatçıları yüksək nəticələr qazanıblar.

15 ölkədən 341 zəka sahibinin mübarizə apardığı beynəlxalq şahmat festivalında Şirvan komandasının üzvlərindən Yusif Qədirov "C" qrupunun qalibi olaraq 1-ci yeri tutub.

"C" qrupunda qızların mübarizəsində Zəhra Xəlilzadə 1-ci, ümumilikdə 5-ci, Əhməd Abdullayev isə 7-ci olub.

9 gün davam edən turnirin yekununda qalib olmuş və yer tutmuş şahmatçılara kubok, diplom və pul mükafatları təqdim edilib.

Şahmatçılarımızın, eyni zamanda, FİDE reytinqində mövqeyinə də əlavə xallar yazılıb.