Argentina Dünya çempionluğuna görə milyonlar qazanacaq - MƏBLƏĞ

Argentina Dünya çempionluğuna görə milyonlar qazanacaq - MƏBLƏĞ

Qətərdə keçirilən 22-ci Dünya Kubokunun qalibi Argentina yığmasının əldə edəcəyi pul mükafatı müəyyənləşib.

mediasport.az xəbər verir ki, baş mükafata sahib çıxan Lionel Skaloninin komandasının ümumi qazancı 35 milyon funt-sterlinq - təxminən 72 milyon manat olacaq.

2018-ci ildə Rusiyada təşkil olunmuş DÇ-də çempiona verilən məbləğ bundan bir qədər - 5,6 milyon funt-sterlinq az idi. Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq ayırıb.

Argentina Futbol Federasiyası millinin üzvlərinə mükafat verəcək. Hər futbolçu çempionluğa görə 1,3 milyon avro qazanacaq.

Bundan başqa, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) da Argentina yığmasına ödədiyi mükafatın məbləği bəlli olub. Qurumun prezidenti Alexandro Domingesin verdiyi məlumata görə, komandaya paltardəyişmə otağında 10 milyon ABŞ dolları məbləğində çək təqdim edilib.