"Fənərbağça" Türkiyə futbolu tarixinin ən bahalı transferini etdi

"Fənərbağça" Türkiyə futbolu tarixinin ən bahalı transferini etdi

"Fənərbağça" Türkiyə futbolu tarixinin ən bahalı transferini həyata keçirib.

Mediasport.az xəbər verir ki, İstanbul nəhəngi 19.5 milyon avro təzminat qarşılığında "Sevilya"dan hücumçu Yusuf En-Nesirini transfer edib.

Bu məbləğ Türkiyə futbolu üçün rekord göstəricidir.

27 yaşlı forvardla 5 illik müqavilə bağlanıb.

Mərakeş millisinin üzvü ictimaiyyətə təqdim olunub.