"Azarkeşləri məyus etdiyim, komandamı bu vəziyyətdə qoyduğum üçün üzr istəyirəm"

"Azarkeşləri məyus etdiyim, komandamı bu vəziyyətdə qoyduğum üçün üzr istəyirəm"

"Qarabağıın yarımmüdafiəçisi Julio Romao Mediasport.az saytına müsahibə verib.


Əvvəlcə son turun “Şamaxı” ilə görüşü haqda fikirlərin maraqlıdır.

- Çətin oyun oldu, “Şamaxı” yaxşı müdafiə olunmağı bacaran komandadır. Ortada, müdafiədə çox sıxlıq yaratmışdılar. Bu müdafiə xəttini yarmaq, boşluq tapmaq asan deyildi. Bununla belə, ağılla, səbirlə oyuna kontrol edə bildik və istəyimizə çatdıq. Qələbə qazandığımız üçün şadıq.

"Qarabağ" demək olar ki, Premyer Liqada relsə düşüb, nəticələr gəlir. Bəs bunu avrokuboklarda nə vaxt görə bilərik?

- Əslində, Avropa Liqasında oynadığımız hər üç matçda məqsədimiz müsbət nəticələr qazanmaq idi. İşlər elə gətirdi ki, xal qazana bilmədik. Buna görə təəssüf edirəm. Artıq səfərdəki oyunu düşünəcəyik. Ümid edirəm ki, səfər matçı olsa da, müsbət nəticə qazana biləcəyik.

“Ayaks” məğlubiyyətindən sonra yaranan psixoloji gərginliyi üzərinizdən ata bilmisiniz?

Məncə, "Şamaxı" üzərində qələbə belə düşünməyə əsas verir ki, bəli, gərginlik yoxdur. Komanda psixoloji gərginliyi atıb. Qarşıda “Turan Tovuz”la oyunumuz var. Həmin matça köklənəcəyik.

Əvvəlcə Tovuza gedəcəksiniz, ardınca Norveçə. Ağır səfərlər olacaq. “Bude-Qlimt” səfərindən nə gözləyək?

- Bəli, hər iki oyunu səfərdə keçirəcəyik. Çətin görüşlərdir, lakin biz də "Qarabağ"ıq. Hər iki qarşılaşmaya müsbət nəticələr qazanmaq üçün yollanacağıq. Sadəcə, qarşıda qalan müddətdə daha çox işləmək lazımdır ki, həmin görüşlərə daha hazırlıqlı çıxıb yaxşı nəticələr qazanaq.

3-4 gün geriyə qayıdaq, “Ayaks”la oyunun gecəsini necə keçirdin?

- Çox məyus oldum, çox kədərli idim. Komandamı, komanda yoldaşlarımı elə vəziyyətdə qoyduğum üçün üzülmüşdüm. Amma futboldur, belə şeylər olur. Gələcək oyunlar üçün mənim üçün də təcrübə oldu. Gələcəyə baxmalıyıq. Artıq bütün baş vermiş hadisələri kənara atdım və bütün diqqətimi "Şamaxı" ilə oyuna yönəltdim. Ümid edirəm ki, qarşıdakı matçlarda belə şeylər baş verməyəcək.


 

Həm idman mətbuatı, həm də azarkeşlər sənin "Qarabağ" üçün vacib fiqur olduğunu bilir. Ancaq "Ayaks" kimi rəqiblə görüşdə komandanı çətin vəziyyətə salaraq 75 dəqiqə azlıqda qoydun. Buna görə üzr istəmək fikrin var?

- Futbolda belə şeylər var. Hər futbolçu belə çətin məqamlardan keçir. Bilirəm ki, komandamı pis vəziyyətdə qoydum, hardasa 75-80 dəqiqə azlıqda oynamaq məcburiyyətində qaldılar. Əlbəttə ki, buna görə, azarkeşləri məyus etdiyim üçün, komandamı bu vəziyyətdə qoyduğum üçün üzr istəyirəm. Həmin epizodda daha yaxşı, başqa qərar verə bilərdim, başqa cür oynaya bilərdim. Təəssüf ki, bu qərarı verdim və komandamı pis vəziyyətdə qoydum. Üzr istəmək lazımdırsa, komanda yoldaşlarımdan da üzr istəyirəm. Bu, gələcək oyunlarda mənim üçün təcrübə oldu.

Qurban Qurbanov oyundan sonra bildirmişdi ki, Elvin Cəfərquliyev və Julio Romao ilə söhbətimiz olacaq. Hansısa söhbətiniz oldu?

- Danışıq oldu, baş məşqçimiz normal söhbət etdi bizimlə. Mənə bildirdi ki, həmin epizodda daha fərqli qərar verə bilərdin. Komanda yoldaşlarımdan birinə və ya qapıçıya ötürmə edə, yaxud topu meydandan çıxara bilərdim. Təəssüf ki, belə alındı.

Demək olar ki, "Qarabağ"da öz mövqeyində əvəzolunmaz futbolçusan. Bu mənada səndə arxayınçılıq yaranmayıb ki, məndən başqası yoxdur və.s.?

- Bu fikirlə razı deyiləm. Öz mövqeyimdə əvəzolunmaz futbolçu deyiləm. İllər boyu "Qarabağ"dan necə oyunçular gəlib-keçib, komanda öz səviyyəsini qoruyub-saxlayıb. Bəlkə də indi daha yaxşı səviyyəyə qalxıb. Oyunçuların gəlib-getməsindən asılı olmayaraq, komandada bu, belədir. Mənim mövqeyimdə 4-ə yaxın oyunçu var ki, ani olaraq bir az boşalsam, onlar dərhal məni əsas heyətdən sıxışdırıb mövqeyimi ala bilərlər. Ona görə qətiyyən bu fikirlə razılaşmıram. Hər gün məşqlərdə işləməliyəm və baş məşqçiyə sübut etməliyəm ki, mən həqiqətən orada oynamağa layiqəm. Heç kəsi boş-boşuna ilk onbirliyə qoymurlar. Hər məşqdə bunu göstərməlisən. Hər gün məşqdə işləyirəm. Öz üzərimdə çox çalışıram, qətiyyən rahatlaşmıram. Fərqindəyəm ki, mənim mövqeyimdə güclü rəqabət var. Ani arxayınlıq mövqeyimi itirməyimə gətirib çıxaracaq. Baxmayaraq ki, "Ayaks"la görüşdə böyük səhvə yol vermişdim, "Şamaxı" ilə matçda içimdə inam var idi, özümü yaxşı hiss etdim.

Komanda yoldaşlarının da həlledici məqamlarda fərdi səhvləri olur. Necə düşünürsən, biz bundan sonra daha yaxşı Romao görəcəyik?

- Əlbəttə, belə də olacaq. Səhvlər onlardan nəticə çıxarmaq üçündür. Hər səhvdən nəticə çıxarıram, gələcəkdə eyni səhvlərə yol verməməməyə, bacardığımın ən yaxşısını etməyə çalışacam.

Elvin