Azərbaycan çempionatının lideri oyuna çıxmaqdan imtina edib

Azərbaycan çempionatının lideri oyuna çıxmaqdan imtina edib

Futbol üzrə Azərbaycan I Liqasının 4-cü turu çərçivəsində bu gün saat 15:00-da başlamalı olan "İmişli" - "İrəvan" oyunu keçirilməyib.

Bu barədə Mediasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi qonaq komandanın meydana çıxmadığını bildirib. Onlara bu səbəbdən texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Qeyd edək ki, "İrəvan" futbolçuları maaş ala bilmədikləri üçün görüşü boykot ediblər. Komanda 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.