"Son dəqiqədə vurulan qollar həmişə önəmli olub" - Qurban Qurbanov
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Molde” il bərabərə qalıb - 2:2.
Mediasport.az saytının Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov görüş haqqında danışıb, jurnalistlərin suallarını cavablandırıb:
– Oyunun gedişatına baxanda çox uğurlu nəticə oldu. Daha yaxşı nəticə gözləyirdim. Lakin hava şəraiti, süni meydança əlehmizə işləyən amillərdən idi. Vacib bir xal qazandıq. Sona bir oyunumuz qaldı. Bakıdakı oyunda daha diqqətli olmalıyıq. Arxayınlaşmaq olmaz. Futbolçularıma təşəkkür edirəm.
Düşünmürsüzmü ki, məcburi əvəzetmələr olmasaydı, oyunu qalib də bitirmək olardı?
- Bu komanda çox keyfiyyətli komandadı. Öz oyun sostemini, fəlsəfəsini meydanda yaxşî icra edirlər. İlk hissənin son 15 dəqiqəsində düzgün oynamadıq. İkinci qolu biz vurmalı idik, lakin rəqib öz imkanlarından düzgün istifadə etdi.
90+5-ci dəqiqəsində vurulan bu qol yeni tarixin başlanğıcı ola bilərmi? Digər tərəfdən Konfrans Liqasında pley-offu da təmin etdiz.
- Son dəqiqədə vurulan qollar həmişə önəmli olub. “Bayer”lə Bakıdakı oyunda son dəqiqələrdə buraxılan qol futbolçularıma ço pis təsir etmişdi. Bu gün son dəqiqələrdə vurduğumuz qol bizim böyüməyimizə kömək edə bilər. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Əgər son oyunda bunu edə biləriksə, daha aktiv, daha diqqətli, daha soyuqqanlı olmalıyıq. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq.
Belə çətin oyunlar üçün komandanın yetərincə ehtiyat qüvvəsi var? Qışda bununla bağlı hansı planlar var?
- Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik, Yankoviç yorulmuşdu. Düzdür, Riçard var idi. Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu. Amma biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır.
Bəhlul Mustafazadə son dəqiqədə hücuma keçdi, Patrik Andrade onun yerinə. Öncədən planlaşdırılmış bir şey idi?
- Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq.
Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyə bilərsiz?
- İnanln mənə, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Çox aqressiv, istəkli olsaq, bizə maneçilik törədək. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq.
Bu matçı məşqçilik karyerazında ən çətin və ən həyəcanlı oyun hesab etmək olar?
- Deməzdim. Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq.