"Səbail" Türkiyədə təlim-məşq toplanışını bərabərliklə başa vurdu
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" Türkiyə toplanışında sonuncu yoxlama oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la görüşüb.
Matçda 2:2 hesablı bərabərlik qeydə alınıb. Bayıl təmsilçinin qollarını Süleyman Alluş və Nihad Quliyev vurub.
Xatırladaq ki, "dənziçilər" daha əvvəlki yoxlama qarşılaşmalarında "Hatayspor"la heç-heçə (1:1) ediblər, "Ərzurumspor"a məğlub olublar - 2:3.