Azərbaycan 16 idman növündə 80 idmançı ilə təmsil olunacaq
İyunun 25-dən iyulun 6-dək Rusiyanın Yakutsk şəhərində “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları keçiriləcək.
Mediasport.az xəbər verir ki, Oyunlarda ölkəmiz 16 idman növündə 80 idmançı ilə təmsil olunacaq.
Komandamızın üzvləri cüdo, stolüstü tennis, üzgüçülük, sambo, taekvondo, bədii gimnastika, mas-reslinq, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, atletika, kamandan oxatma, qayaya dırmanma, boks, alış, kuraş və xapsaqay yarışlarında mübarizə aparacaqlar.
Açılış mərasimi iyunun 26-da baş tutacaq.