Rəşad Sadıqov: "Azərbaycan futbol tarixinin yeni zirvəsi fəth olundu"

Rəşad Sadıqov: "Azərbaycan futbol tarixinin yeni zirvəsi fəth olundu"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ı Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsinə münasibətilə təbrik edib.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı "köhlən atlar"ın "Braqa" ilə cavab qarşılaşmasından sonra sosial şəbəkə hesabında Qurban Qurbanovla şəklini paylaşıb.

Sadıqov paylaşımında bunu qeyd edib:

"Bu gün meydanda baş verənləri, yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Azərbaycan futbol tarixinin yeni zirvəsi fəth olundu. Təşəkkürlər, "Qarabağ"! Təşəkkürlər, Qurban Qurbanov!"