"Neftçi" Türkiyədə 4 yoxlama görüşündə gücünü sınayacaq

  "Neftçi" Türkiyədə 4 yoxlama görüşündə gücünü sınayacaq

Avrokuboklardan uzaq qalan "Neftçi" yeni mövsümə hazırlığı davam etdirir.

Mediasport.az xəbər verir ki, təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran "ağ-qaralar" bu gün Türkiyədə ikinci mərhələyə start verir.

Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Komanda hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.