Azərbaycan futbolçuları Türkiyədə Macarıstan və İsveçə qarşı

Azərbaycan futbolçuları Türkiyədə Macarıstan və İsveçə qarşı

Türkiyənin Antalya şəhərində noyabrın 15-dən 21-nə qədər təlim-məşq toplanışında olacaq Azərbaycanın U-21 yığması yoxlama görüşü keçirəcək. 

mediasport.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.