"Sabah" İtaliyada qrup birincisi oldu - 3 qələbə ilə mərhələni keçdilər

"Sabah" İtaliyada qrup birincisi oldu - 3 qələbə ilə mərhələni keçdilər

İtaliyanın Ravenna şəhərində “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası növbəti oyunlarını keçirib.

Mediasport.az xəbər verir ki, komandamız yerli “Piza” klubunu 3:0, Lüksemburqun “Benfika Eskola” komandasını isə 3:2 hesabları ilə məğlub edib.

İtaliyanın “Rosina” kollektivinə uduzsa da (1:2), qrup liderliyini təmin edən Nasir Nəsirlinin yetirmələri növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, U-13 ilk matçda İtaliyanın "Zambra" komandasından üstün olmuşdu - 2:0.