İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib
İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-13 Liqasının “Mübariz” (Binə) - 8№-li İOEUGİM oyununda 8№-li İOEUGİM komandası oyunçu sayı limitini pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Atletico Baku” FC – “AZART” oyununda “Atletico Baku” FC komandasının baş məşqçisi Əhmədağa Manafov hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması və meydandan qovulduqdan sonra da nalayiq ifadələr işlətməyə davam etməsinə görə 3 oyun cəzalandırılıb.
U-13 Liqasının “Atletico Baku” FC – “AZART” oyununda “AZART” komandasının baş məşqçisi Səxavət Ağazadə cəzalı olduğu halda texniki zonada oturduğuna görə cəzasının üzərinə 1 oyun əlavə edilib.
U-12 Liqasında keçirilməli olan “Rekord” İK (Sumqayıt) – “Uğur” FK (Sumqayıt) oyunu “Rekord”un heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə bu kluba 0:3 hesabı ilə məğlubiyyət verilib.
Futzal üzrə 1-ci Liqada keçirilən “Timsport” – “Bakı MFK” oyununda, “Bakı MFK” komandasının oyunçusu Fərid Məmmədli təcavüzkar davranış, rəqibi bilərəkdən ayaq ilə vurduğuna görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.
U-14 Qızlar Liqasının “Neftçi” PFK – “Gömrükçü” (Bakı) oyunu “Neftçi”nin oyuna 6 futbolçu ilə gəlməsi səbəbilə baş tutmadığına görə “Neftçi”yə 0:3 hesabı ilə məğlubiyyət verilib.
U-17 Qızlar Liqasında keçirilən “Balxurma” (Balakən) - “Mingəçevir” oyununda “Mingəçevir” komandası Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Mingəçevir”ə texniki məğlubiyyət verilib.