"Sabah" İtaliyada keçirilən beynəlxalq turnirdə 5-ci olub
İtaliyanın Ravenna şəhərində "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası son oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Nasir Nəsirlinin komandası pley-off mərhələsində İtaliyanın "Monteserra" klubuyla qarşılaşıb.
Qolsuz bərabərliklə başa çatan matçın penaltilər seriyasında məğlub olan təmsilçimiz turnirdə çıxışını başa vurub.
"Monteserra" yarışın qalibi olub, "Sabah" "Ravenna Cup"ı 35 komanda arasında 5-ci pillədə başa vurub.