İdmançılarımız DÇ-də 10 medal qazandılar: 6 qızıl, 4 gümüş

İdmançılarımız DÇ-də 10 medal qazandılar: 6 qızıl, 4 gümüş

Azərbaycan idmançıları Honkonqda keçirilən Çin Döyüş Növləri üzrə 15-ci beynəlxalq festival və Vinq Çun üzrə 11-ci dünya çempionatında uğurlu çıxış ediblər.

mediasport.az xəbər verir ki, baş məşqçi Arzuman Rəsulzadənin yetirmələri yarışda 6-sı qızıl və 4-ü gümüş olmaqla 10 medal qazanıblar.

30 ölkədən 2000-dən çox atletin iştirak etdiyi birincilikdə ölkəmizi Azərbaycan Vinq Çun Federasiyasının 12 idmançısı təmsil edib.

İdmançılarımızdan yeniyetmələr arasında Nailə Əliyeva ​​(Vinq Çun tao lu), Məryəm Mahalova ​​(Vinq Çun tao lu), İsmayıl Sayadlı ​​(Vinq Çun kontakt – 75kq), Məhəmmədəli Axundov ​(Vinq Çun kontakt – 56 kq) bütün rəqiblərindən güclü olublar.

Gənclər və böyüklər arasında Ayman Mahal ​(Vinq Çun kontakt – 65 kq) I yerə, İbrahim Ağayev ​(Vinq Çun kontakt – 56 kq), Mehman Bədəlzadə ​​(Vinq Çun kontakt – 80 kq), Süleyman İsmayılov ​(Vinq Çun kontakt – 75 kq) və Murad Məhərrəmov ​(Vinq Çun tao lu) II yerlərə layiq görülüblər.

45-60 yaş arası isə I yeri Mahmud Mehtioğlu ​(Vinq Çun tao lu) tutub.