Dünya birinciliyində Azərbaycanın iki şahmatçısı mübarizə aparacaq
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan yarışda iki idmançı ilə təmsil olunacaq.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaqlar.
İsveçrə sistemi ilə təşkil edilən turnir 9 turdan ibarət olacaq və avqustun 8-də başa çatacaq.