Avropa Olimpiya Komitələrinin prezidenti ilə görüş keçirildi
Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratla görüşüb.
mediasport.az xəbər verir ki, görüş zamanı ölkədə olimpiya hərəkatının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qonaq ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu ay Polşada keçiriləcək lll Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.