Milli komandamız Çexiyadakı lisenziya yarışında 10 medal qazandı

Milli komandamız Çexiyadakı lisenziya yarışında 10 medal qazandı

Üzgüçülük üzrə milli komandamız Çexiyanın Praqa şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, idmançılarımız olimpiya oyunlarına lisenziya verən yarışda 10 medal qazanıblar.

Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla böyük uğura imza atıblar.