Olimpiya Oyunlarına reytinq xalı üçün 4 idmançımız yarışacaq

Olimpiya Oyunlarına reytinq xalı üçün 4 idmançımız yarışacaq

Almaniyanin Heydelberq şəhərində keçiriləcək para-cüdo üzrə "İBSA Judo Grand Prix Heidelberg 2024" yarışında Azərbaycanı 4 idmançı təmsil edəcək.

Mediasport.az xəbər verir ki, Vüqar Şirinli (-60 kq J2 kateqoriyası), Namiq Abaslı (-73 kq J2 kateqoriyası), İlham Zəkiyev (+90 kq J1 kateqoriyası) və Sevda Vəliyeva (-57 kq J2 kateqoriyası) medal qazanmağa çalışacaqlar.

Turnir 13-19 fevral aralığında təşkil ediləcək.

Yarış Paris-2024 Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandırır.