Lamiyə Vəliyeva dünya çempionu oldu - Paralimpiadaya 2-ci vəsiqə qazanıldı

 Lamiyə Vəliyeva dünya çempionu oldu - Paralimpiadaya 2-ci vəsiqə qazanıldı

Paralimpiya yığmamızın daha bir atleti Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

MediaSport.azxəbər verir ki, milli komandanın üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 100 m məsafəyə qaçışda 11,99 saniyə nəticə göstərərək qızıl medal əldə edib.

Mundialda ilk 4 yerə sahib çıxan para-atletlər paralimpiadaya birbaşa lisenziyanı təmin edirlər. Daha əvvəl Oloxan Musayev nüvə itələmə növündə 4-cü olmaqla bu hüquqa yiyələnib.