"Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri məlum oldu - YENİLƏNİB

"Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri məlum oldu - YENİLƏNİB

Futbol üzrə Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Beləliklə, Azərbaycanı 2023/2024-cü illər mövsümündə bu yarışda təmsil edəcək "Sabah", "Neftçi" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, avrokuboklarda debüt edəcək "Sabah" ıı təsnifat mərhələsində "Makedoniya" (Skopye, Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

"Neftçi"nin rəqibi "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minks, Belarus) cütünün qalibi olacaq.

"Qəbələ" isə "Omoniya" (Kipr) ilə münasibətlərini aydınlaşdıracaq.

Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək. Mərhələnin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də baş tutacaq.