İngiltərə millilərinin sabiq müdafiəçisi Azərbaycan Premyer Liqasında

İngiltərə millilərinin sabiq müdafiəçisi Azərbaycan Premyer Liqasında

İngiltərənin futbol üzrə U-15, U-16, U-17, U-18, U-19 və U-20 milli komandalarında çıxış etmiş İsa Süleyman Azərbaycanda oynayacaq.

MediaSport.az xəbər verir ki, hazırda Pakistan yığmasının şərəfini qoruyan 25 yaşlı müdafiəçi "Sumqayıt"la anlaşıb.

Müqavilə ilə Portuqaliyanın "Vitoriya" klubuna məxsus Süleyman icarə əsasında oynadığı "Villafrankeze"ni Azərbaycan klubuna dəyişib.

İngiltərədə "Qrimsbi", Niderlandda "Emmen" və Portuqaliyada "Nasyonal"ın da formasını geyinmiş futbolçu bugünlərdə "Gənclik şəhəri" təmsilçisi ilə müqavilə bağlayacaq.

Pakistan millisində bu ildən oynayır, yığma ilə 5 matç keçirib.