Azərbaycan klubu bu futbolçuya 7256 manat ödəməlidir - QƏRAR
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Mediasport.az xəbər verir ki, qurum cavabdeh “Difai” və iddiaçı Aleksandr Prikrostovin müraciətlərinə baxıb.
Tərəflər AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) qərarından şikayət ediblər.
Klubun apellyasiyası qəbul olunmayıbsa, Prikrostov şikayəti qismən təmin edilib.
OSTK-nın qərarı ləğv olunub və Tribunal tərəfindən yenisi verilib.
İddiaçının sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzində 7256,13 manat klub tərəfindən ödənilməlidir.